TRT World Qarabağ Futbol Klubu Haqqında Veriliş Yayımladı

Türkiyənin TRT World kanalı Ağdamın Qarabağ Futbol Klubu haqqında veriliş hazırlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, videoda Çempionlar Liqasının qrup mərhələsində adlamağı bacarmış “köhlən atlıların” baş məşqçisi Qurban Qurbanov, hücumçu Pedro Hernadez və müdafiəçi Maksim Medvedev müsahibə veriblər.

Verilişdə Qarabağ FK-nun tarixi və işğal olunmuş torpaqlar haqqında informasiya verilib. “Qarabağın qüruru” (The pride of Qarabag) başlıqlı 5 dəqiqəlik verilişi ingilis dilində olduğu kimi diqqətinizə çatdırırıq.

The pride of Qarabag

Verilişdə atlıların baş məşqçisi Qurban Qurbanov bu qədər acılar çəkmiş xalqımızı sevindirə bilmələrindən qürur duyduqlarını bildirib:

“Əlbəttə ki, biz Bakıda yox, öz torpaqlarımızda – Qarabağda oynamaq istərdik. İnsanlarımız ailələrini, oğullarını, analarını itirib. Biz onların özlərini xoşbəxt duyabilmələri üçün bacardığımız qədər çox çalışırıq.”

Qarabağın Çempionlar Liqasındakı ilk qolunun müəllifi – Pedro Hernadez isə bunun inanılmaz anlar olduğunu vurğulayıb:

“Bu Azərbaycan futbolu tarixində unudulnaz anlar idi. Mən illər sonra uşaqlarıma bu qolu necə atdığını danışacağam.”

Bundan öncə isə TRT World kanalı Qarabağ FK-nun prezidenti Tahir Gözəl ilə müsahibəni yayımlamışdı.

Interview with Qarabag FK President Tahir Gozel

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir