Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp (Donald Trump) koronavirusdan (COVID-19) qorunmaq üçün qoruyucu maska taxmağa hazırlaşmadığını bildirib. Belə ki, onun düşündüyünə görə, bu, ABŞ lideri statusuna uyğun deyil.

“Bu, yalnız tövsiyədir. Mən özümü yaxşı duyuram. Sadəcə olaraq bunu etmək istəmirəm”, –  deyə Tramp jurnalistlərin koronavirusun yayılması fonunda nə üçün qoruyucu maska taxmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

“Bilirsiniz, Dəyirmi kabinetdə gözəl “Rezolyut” masasının (ABŞ prezidentlərinin iş masası – red.) arxasında maskada oturmaq və prezidentləri, baş nazirləri, diktatorları, kralları salamlamaq….heç bilmirəm də… bu, mənlik deyil, – deyə Tramp açıqlama verib.  

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın