ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırıb. TASS-ın məlumatına görə o, bu düşüncəni Viskonsin ştatındakı tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, Türkiyə lideri ilə yanaşı Rusiya, Çin, Şimali Koreya liderləri də belədir.

“Baxın, mən bir şeyi başa düşdüm: Putin, Çin prezidenti Si (Cinpin), Kim Çen In, Ərdoğan – hamısı dünya səviyyəli şahmatçılardır”, – deyə prezident vurğulayıb.

O, əlavə edib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, prezident seçkilərində qalib gələcəyi təqdirdə onlarla bərabər səviyyədə işləyə bilməyəcək, çünki onun siyasi karyerasında ən yaxşı illəri o qədər də yaxşı olmayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın