Asiya Çempionlar Liqasında azarkeşlər Azərbaycana dəstək nümayiş etdiriblər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən “Traktor Sazi”-“Paxtakor” oyununda təbrizli azarkeşlər Azərbaycana dəstək  olduqlarını səsləndiriblər.

Traktor Sazi” klubunun azarkeşləri qarşılaşma boyunca “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu, ölərəm mən, sən yaşa Azərbaycan!” kimi şüarlar səsləndiriblər.

Azarkeşlərin biri həmin anı videoya çəkib. Qısa müddətdən sonra video internetdə sürətlə yayılıb. Facebook sosial şəbəkəsində minlərlə insan viodenu paylaşaraq Azərbaycanı dəstəklədiyini bildirib. “Traktor Sazi”-“Paxtakor” oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Təbrizim Təbrizim gözəl Təbrizimdən mesaj var ! “Sən çağırsan gələrəm mən !”

Posted by Offside on Çərşənbə, 6 Aprel 2016

Təbrizdən mesaj var: “Sən çağırsan gələrəm mən!”


Tractor Sazi 2 – 0 Pakhtakor (06.04.2016)

Azərbaycanla Ermənistan arasında gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Cəbhə xəttindəki durum gərgin olaraq qalır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın