Topaz Premyer Liqasının IV turunda Qarabağ AZAL-ı darmadağın etdi

Topaz Premyer Liqası IV turun ilk qarşılaşmasında Qarabağ FK doğma meydanda AZAL-ı qəbul edib. Oyun Qurban Qurbanovun yetirmələrinin böyük hesablı qələbəsi ilə bitib: 6-0.

Ağdamlıların heyətində Reynaldo (2 və 64-cü dəqiqələr) və Maksim Medvedev (42 və 66-cı dəq.) dubla imza atıb, hərəyə bir dəfə isə Miçel (44) və Dani Kintana (60) fərqlənib.

Komandaların start heyətləri aşağıdakı kimi olub:

“Qarabağ”: 13. Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 11. Mahir Mədətov

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 10. Nuqzar Kvirtiya, 19. Elnur Süleymanov, 21. David Canelidze

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 95. Şirməmməd Məmmədov, 77. Adan Koronado, 9. Röyal Nəcəfov
88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 5. Kamil Hüseynov


Topaz Premyer Liqası, IV tur, Qarabağ FK 6-0 AZAL Geniş icmal

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir