Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə FIDE Dünya Kubokunda ilk finalçının Teymur Rəcəbov olduğuna aydınlıq gəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarımfinalın ikinci görüşündə fransalı Maksim Vaşye-Laqravı açıq-aydın üstünlüklə udmağı bacarıb.

Tərəflərin ilk görüşü heç-heçə bitdiyindən, finala çıxan şahmatçı Teymur olub. Onun rəqibi çinli şahmatçılar Dinq Liren və Yu Yanq Li qarşılaşmasının qalibi olacaq. Onlar bu gün də heç-heçə etdiyindən ikinci finalçının adına yarımfinal görüşünün üçüncü günündə aydınlıq gələcək.

Bu nəticə ilə Teymur Rəcəbov şahmat tacına iddiaçılar turnirinə vəsiqə qazanıb. O, finala çıxmaqla ən azı 80 min dollara yiyələnib. FIDE Dünya Kubokunu udacağı halda isə Rəcəbova 110 min dollar veriləcək.

Bugünkü qələbədən sonra T.Rəcəbov 6,2 əmsal toplayaraq (2764,2), 6 il sonra FIDE-nin reytinq sıralamasının canlı izlənməsində ilk-10-luğa qayıdıb.

Yaxşı oynadıqda elə düşüncə yaranır ki, bu həmişə belə olacaq. Sonra birdən çox uduzduqda hər şey bitir və kim olduğunuzu başa düşürsünüz.

Teymur Rəcəbov
Interview with FIDE World Cup finalist Teimour Radjabov

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın