Teymur Rəcəbov Cenevrədə FİDE Qran-Prisinin Qızıl Medalını Qazandı

Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisinin qalibi olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının yarışmanın rəsmi səhifəsinə qaynaqlanaraq verdiyi məlumata görə, 30 yaşlı qrossmeyster 9 turluq qarşıdurmanın sonunda 6 xal toplaya bilib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edərək, başqa rusiyalı Aleksandr Qrişukun holland Aniş Giri ilə xalı yarı bölməsindən sonra ən yaxın izləyicilərini yarım xal üstəlib. Bununla da yarışmanın başlanğıcından qazandığı liderliyini qoruyan şahmatçı layiq olduğu qələbəni əldə edib.

Başqa bir azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə 5 xalla 4-10-cu yerləri bölüşüb. Beləliklə, Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisində T.Rəcəbov 20 min avro (22 936 $), Ş.Məmmədyarov isə 11 min avro qazanıb.

Teymur Rəcəbov FİDE Cenevrə Qran-Prisinin qızıl medalını və Dupont qələmi qazandı
Teymur Rəcəbov FİDE Cenevrə Qran-Prisinin qızıl medalını və Dupont qələmi qazandı

Onu da deyək ki, FİDE Qran-Prisi 4 seriyalıdır. 24 şahmatçının hər biri bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xalı olan Teymur Rəcəbov isə 3-cü pillədədir.

4-cü seriya 15-26 noyabr tarixlərində İspaniyanın Palma de Malyorka şəhərində keçiriləcək. Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncu yarışmadan qıraqda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə görə, 4 seriyalıq FİDE Qran-Prisinin sonunda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Teymur Rəcəbov Cenevrədə FİDE Qran-Prisinin Qızıl Medalını Qazandı” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir