Dünyaca tanınmış türkiyəli müğənni, megastar Tarkanın həyatı film olacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Türkiyə mətbuatına qaynaqlanaraq bildirir ki, müğənni 45 illik həyatının axışını özü ssenariləşdirəcək.

Müğənninin adı anasına o, yuxuda olarkən deyilib. Uşaq ikən qardaşı ilə at arabasının arxasından qaçıb və çox pis qəza keçirib.

Həkimlər bildirib ki, onun yaşaması möcüzə olardı. Ancaq Tarkan həyatda qalmağı bacarıb.

Yaşadığı Almaniyada irqçiliyə məruz qalan Tarkan 15 yaşında atasının ürək xəstəliyinə görə Türkiyəyə köçüb.

Maddi sıxıntılarla birlikdə, avropasayağı görüntüsü cəmiyyət tərəfindən düzgün qarşılanmırdı. Hətta buna görə psixoloji dəstək belə alırdı.

90-cı illərdə məşhurlaşmağa başlayan ifaçı Fransada keçirdiyi avtomobil qəzası ilə bir daha ölümlə üz-üzə gəldi. Bədənində sınıqlar meydana gələn müğənni uzun müddət reanimasiyada yatdı.

Həmin illərdə başqa bir qəzada ortada qalan maşından sağ-salamat qurtulması da böyük səs-küyə səbəb olmuşdu.

Qeyd edək ki, sənətçinin bioqrafik filmində özünün çəkilib-çəkilməyəcəyi isə bəlli deyil.

Tarkan – Yolla

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın