Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması olayı ilə bağlı bir sıra açıqlamalar məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, olay saat 09:20-də “Gənclər” Meydanında  (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, sürdüyü  “Dodge Durango” markalı, 90 UA 555 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlunu vurub.

Olay zamanı Sevincin əkiz bacısı Sevil də yanında olub və onlar maşından düşərək yaralıya yardım etməyə çalışıblar. Əkiz bacılar təcili tibbi yardım maşınını müşayət edib xəstəxanaya gəliblər.

Bu arada yol qəzası zamanı ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayevin komaya düşməsi bilinib. 1 saylı şəhər xəstəxanasına huşsuz durumda ağır kəllə-beyin travması ilə gətirilən kişi təcili müayinə olunub. Bəlli olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib və beyninə qan sızıb. İndi koma vəziyyətində olan yaralının həyatına təhlükə böyükdür. Sevil-Sevinc bacıları onu başqa və daha prestijli xəstəxanaya aparmaq istəsələr də, həkimlər buna icazə verməyib və S. Ağayevin hazırki durumda yerindən tərpədilməsinin riskli olduğunu deyiblər.

Artıq 2 gündür ki, bacılar “Xəzər” TV-də “Hər şey daxil” verilişinə də çıxmırlar.

Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova olayla bağlı polisə açıqlama verib.


Sevil Sevinc – Sevdiyim Adam

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın