İsa Məlikov Qazaxıstanın 3 qızdan ibarət tanınmış “Turkiss” qrupunu Azərbaycana gətirib. Dalida, Aneli və Janar adlı 3 xanımdan ibarət qrup üzvləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

“Hava limanından düşən kimi burada qızların çox gözəl olduğunu gördük. Paytaxtın mərkəzində isə Bakının gözəllərinə baxdıq. İlk baxışdan sizin şəhərə vurulduq”, – deyə Dalida bildirib.

Turkissi Azərbaycana çağıran İsa Məlikov isə qrup üzvləri ilə yerli müğənnilərin duetinin baş tutacağını bildirib.

“Azərbaycan dilində danışmaq və mahnı oxumaq çox önəmlidir. Başlıca əngəl aksentdir. Bizə bunun öhdəsindən gəlməyə prodüserimiz yardım edir. “Biz “Çağır məni” mahnısını oxuduq, ökəmizdə böyük maraqla qarşınlandı”, – deyə Qazaxtanlı müğənni qeyd edib.


Turkiss – Çağır Məni

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın