Beş ildir birlikdə olan Türkiyənin tanınmış müğənnisi Gülşən və nişanlısı bəstəkar Ozan Çolakoğlu evlənir. Cütlük planlarını pozaraq evlilik tarixini 1 ay önə çəkib. Tanınmışlar bu gün Türkiyənin Barselonadakı baş konsulluğunda nikaha daxil olacaqlar.

Tanınmış müğənni ilə musiqiçi nikah üçün İspaniyaya gedib. Onlar ailə və yaxın dostlarından ibarət 10 nəfəri nikaha dəvət ediblər.

Cütlük mart ayında nişanlanıb. Bir müddət öncə ulduzların toyunun Barselona saraylarından birində olacağı barədə xəbər yayılmışdı. Lakin Ozan Çolakoğlu iddialara cavab olaraq bildirmişdi ki, belə bir niyyətləri yoxdur və toy üçün daha təvazökar yer axtarırlar.

İfaçı Gülşən 1996-cı ildə Murat Voral ilə ailə həyatı qurub. Lakin 3 ildən sonra cütlük boşanıb. Ozan Çolakoğlu uzun müddət Tarkan ilə əməkdaşlıq edib. Çolakoğlu Hadisənin Eurovision mahnı müsabiqəsində səsləndirdiyi populyar “Düm Tek-Tek” mahnısını aranjiman edib.


Ozan Çolakoğlu feat. Gülşen – Seyre Dursun Aşk

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın