Tanınmış müğənni Emin Ağalarov yeni klipini Bakıda çəkdirdi

Rusiyada yaşayan tanınmış müğənni və iş adamı Emin Ağalarov yeni klipini Bakıda çəkib. Bəstəkar və ifaçı paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə “Ryadom Prosnutsya” adlı mahnısına klip çəkib. Emin klipin süjet xəttində pizza daşıyan “Vespa” markalı motosikleti oğurlayaraq tanış olduğu xanım ilə qaçmağı canlandırır. Müğənni çəkiliş zamanı ANS PRESS-in suallarını da cavablandırıb.

“Çox şadam ki, bu gün Bakıdayam və burada çəkiliş gedir. Məncə, bu rəngli, günəşli, isti, nəşəli və haradasa Bakı klipi kimi olacaq”. Müğənni klipdə motosiklet olmasını belə açıqlayıb: “Mən ümumiyyətlə təkərlə gedən nə varsa, sevirəm. Mənim motosikletlərə böyük həvəsim var. Sürətdən çox xoşum gəlir. “Vespa” markalı motosiklet ilə adətən pizza daşıyırlar. Onun üçün də klipdə “Vespa”nın olmasını məsləhət gördük”. Emin qeyd edib ki, onun “Vespa” motosikletlərindən ibarət kolleksiyası var və bu, çox rahat motosikletdir.


EMIN – Рядом проснуться | ПРЕМЬЕРА 2016 (Official Audio)

İfaçı bir müddət əvvəl öz Instagram səhifəsində milyarder Donald Trampı dəstəklədiyini də şərh edib: “Mən onu tam olaraq dəstəkləyirəm. Əgər o, ABŞ-ın prezidenti seçilsə, o zaman yeganə amerikalı prezident olacaq ki, azərbaycanlının klipində çəkilib”.

Emin Ağalarov Rusiyanın məşhur müğənnisi Filip Kirkorovun Azərbaycana gəlməsinə dair qadağa qoyulması iddiasından da danışıb. O bildirib ki, bu məsələlər dövlət səviyyəsində həll olunan məsələlərdir və bu haqda nəsə söyləmək onun səlahiyyətləri çərçivəsində deyil.

Emin Ağalarov Bakıda konsert verməyə hazırlaşdığını qeyd edib. Konsertin iyun ayında baş tutacağı planlaşdırılır. Onun sözlərinə görə, həmin konsert Rusiya kanallarının birində canlı yayımlanacaq və burada bir çox Rusiya estrada müğənniləri iştirak edəcək. Kosert Nardaran qəsəbəsində dəniz kənarında keçiriləcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir