Tanınmış Müğənni Damlanın YouTube Kanalı Silindi

Azərbaycanın tanınmış müğənnisi Damlanın “Youtube” kanalı silinib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, ifaçı bu işdə güvəndiyi, “Youtube”la bağlı bütün işlərini tapşırdığı Rafiz Cəfərzadəni günahlandırır.

Bundan başqa müğənni deyir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki müğənni ona rəsmi qaydada etibarnamə verib.

“Elədir, Rafiz Cəfərzadə mənim rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bununla bağlı ona bir söz də demirdim, düşünürdüm ki, əziyyət çəkir, halal xoşu olsun.

Damlanı toyda silahla qarşıladılar: Mügənni qorxdu
Damlanı toyda silahla qarşıladılar: Mügənni qorxdu

Bir neçə gün öncə dedim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən uzaqlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi açıqlaya bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini ona güvənən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

Onu da deyək ki, kanaldakı videoların toplam baxış sayı 35 milyondan çox idi.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir