Tanınmış Gənc Aktrisa Pərvin Abıyeva: Yaxşı Edirəm, Əcəb Edirəm!

ARB TV-nin “Səhər-Səhər” verlişinin qonağı tanınmış gənc aktrisa Pərvin Abıyeva olub.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, aktrisa uzun zamandır haqqında yazılıb-pozulanlara cavab verib:
“Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. Az çəkilir, ancaq bütün aktrisalardan bahalı maşın sürür deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa, bu heç də az deyil. Olanda ildə 50 min olur qonararım. Ən bahalı maşını sürürəm, yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi? Səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib:
“573 min izləyicisi olan Instagram səhifəm var. Bütün tanınmışlar kimi mən də reklam yerləşdirirəm və düşünürəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam ”.

Bahali masin sururem eceb edirem – Pervin Abiyeva

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir