Suriya Problemi: Rusiya, Türkiyə və İran XİN Başçıları Moskvada Görüş Keçirdi

Moskvada Suriya probleminin çözülməsi ilə bağlı Astana prosesi çərçivəsində Rusiya, Türkiyə və İran xarici işlər nazirləri – Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında üçtərəfli görüşü keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriya münaqişəsinin nizamlanması yolları, Astana prosesi çərçivəsində görülən və bundan sonra görüləcək işlər araşdırılıb.

Görüşdə çıxış edən Sergey Lavrov bildirib ki, Suriyadakı durumla bağlı Astana prosesi çərçivəsində kollektiv işlərin görülməsi önəmlidir: “Ümid edirik ki, bugünkü görüşdə Suriyadakı durumu və barışa və sabitliyə aparacaq əlavə addımları müzakirə edəcəyik. Astana formatı çərçivsəində keçirilən görüşlərdə əldə olunan nəticələr Suriyada zorakılığın azalmasına, humanitar vəziyyətin qismən düzəlməsinə səbəb olub. Təbii ki, bu istiqamətdə birgə səylər davam etdirilməlidir”.

İran İslam Respublikası XİN başçısı Məhəmməd Cavad Zərif isə çıxışında Rusiya, İran və Türkiyənin Suriya probleminin çözülməsində birgə çox işlər gördüyünü söyləyib: “Bu işlər son il yarım boyunca böyük uğurlara səbəb olub. Özəlliklə də Qazaxıstan hökumətinin dəstəyi ilə keçirilən Astana formatında görüşlərin keçirilməsini vurğulamaq istəyirəm. Biz Suriya probleminin siyasi yol ilə həllində israr edirik. Beynəlxalq terrorçuluqla mübarizə ümumbəşəri məsuliyyətdir. Bu münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Hər kəs siyasi yolla bu münaqişəni həll etməyə çalışmalıdır. Döyüşlər yolu ilə münaqişəni nizamlamaq ancaq Suriya xalqının iztirablarını artıracaq. Xarici müdaxilə Suriyada gərginliyi daha da artıracaq. Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və birliyi önəmlidir. Astana prosesində bizim ölkələri birləşdirən mövqe də elə budur. Ümid edirəm ki, biz Suriya xalqına bu siyasi məqsədə çatmaq üçün yardım etməyə davam edəcəyik”.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxışında Astana prosesi çərçivəsində əməkdaşlıq sayəsində Suriyada görülən işlərdən danışıb. O bildirib ki, elə bu proses çərçivəsində Suriyada atəşkəsə və hərbsizləşdirilmiş zona müəyyən etməyə nail olunub: “Bizim məqsədimiz Suriya münaqişəsinin siyasi yolla həllinə nail olmaqdır. Ən yaxşı həll yolu siyasi həll yoludur. Silahlı yolla münaqişəni həll etmək qanuni və dayanıqlı deyil. Son olaylar göstərir ki, bizim birgə gördüyümüz işlərə əlavə stimul verilməsi önəmlidir”.

Daha sonra XİN başçıları arasında görüş KİV nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Rusiya, Türkiyə və İran Moskva görüşünün sonları ilə bağlı birgə bəyanat verdilər

Rusiya, Türkiyə və İran Suriya münaqişəsinin həlli ilə bağlı Moskva görüşünün sonları ilə bağlı birgə bəyanat qəbul ediblər. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı və türkiyəli həmkarları ilə apardığı üçtərəfli danışıqların sonları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Biz bu gün birgə bəyanat qəbul etdik. Həmin bəyanatda görüşümüzün başlıca sonucları göstərilib. Bütün hallarda biz, BMT Təhülkəsizlik Şurasının 2254 saylı qətnaməsi və Soçidə Suriya Milli Konqressinin tövsiyyələri əsasında Suriyadakı probleminin alternativsiz siyasi-diplomatik yolla qarşısının alınmasından yanayıq”,- deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir