2020-ci ilin ilk altı ayı boyunca yeni doğulan uşaqlara ən çox qoyulan adlar arasında yenə Ərəb adları üstünlük təşkil edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin altı ayı boyunca yeni doğulmuş oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qızlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

Qeyd edilib ki, Azərbaycan adlarının mənşəyi, onların açıqlanması, əhali arasında yayılması ilə bağlı bilgilər Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət ilə də əldə oluna bilər.

Ad20162017201820192020Son 5 il üzrə
YUSİF339529322505246493212236
ZƏHRA300627732511246891511682
ƏLİ21972184212822628699643
HÜSEYN23602009192619778289107
NURAY21722132170015455718127
ZEYNƏB18591664160017067047546
MƏRYƏM15721690159416036827147
UĞUR12421472159719218687102
AYLİN16651561160615876137040
FATİMƏ19081545140614525946912

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın