SOCAR gələn il Türkiyədə ikinci neft-kimya zavodunu tikəcək

STAR zavodu da olmaqla, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə 19 milyard dollar dəyərində investisiya yatırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O vurğulayıb ki, neft-kimya sənayesinin xammal ehtiyaclarını qarşılayacaq bu zavod təyyarə yanacağı, LPG və motorin istehsal edəcək:

“Cari kəsirin azalmasına kömək edən neft gəmisi artıq ünvana çatıb. Oktyabr ayının sonunda tam şəkildə istehsala başlanacaq. Zavodun açılışı iki ölkənin dövlət başçılarının iştirakilə baş tutacaq”.

Onun sözlərinə görə, STAR-ın çalışmağa başlaması nəticəsində Türkiyənin xarici ticarət kəsiri illik əsasda 1 mlrd. 500 mln. dollar azalacaq.

Məlum olub ki, zavodda 1 milyon ton reformat adı verilən neft-kimya xam maddəsi istehsal ediləcək:

“Bunun 250 min tonu “Petkim”ə gedəcək. “Petkim”in gücü 1 milyon tonu emal etmək üçün kifayət etmir. Qalan 750 min tonunu istifadə edərək iqtisadiyyata əlavə töhfə vermək üçün yeni neft-kimya kompleksinin inşasını planlaşdırırıq.

İkinci neft-kimya zavodu üçün texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprelində başa çatdırıb, iyunda işlərə başlamağı nəzərdə tutmuşuq. Bu, çox böyük bir investisiya olacaq. “Petkim”in “Aliağa” kampusunda inşa edəcəyimiz müəssisə 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlayacaq. Yeni zavod sayəsində neft-kimya məhsullarının idxalının 40 faizini qarşılamağı nəzərdə tuturuq”.

Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim”in illik 3 mln. 600 min ton neft-kimya məhsulu istehsal etdiyini dilə gətirən Qəhrəmanov deyib ki, ikinci zavod ölkənin böyük ehtiyacı olduğu neft-kimya məhsullarının istehsalına istiqamətlənəcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir