Şimali Koreya Lideri Kim Çen İn və Cənubi Koreya Prezidenti Mun Çje İn Anlaşdı

Şimali Koreya lideri Kim Çen İn (Kim Chen In) və Cənubi Koreya prezidenti Mun Çje İn (Moon Jae In) Koreya yarımadasında nüvə silahından tam imtinayla bağlı birgə bəyannamyə qol çəkiblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının Reutersə qaynaqlanan məlumatında bildirilir ki, bəyannamədə silahlanmanın azaldılması, “düşmən hərəkətləri”nin dayandırılması, sərhədin “sülh zonasına” çevrilməsi və digər ölkələrlə, o cümlədən ABŞ-la danışıqların aparılması kimi məsələlər öz əksini tapıb.

Xatırladaq ki, bundan əvvəl KXDR və Cənubi Koreya liderləri Phanmuncom sərhəd məntəqəsində görüşüblər.

Kim Çen In son 65 ildə Cənubi Koreyaya səfər edən ilk KXDR lideri oldu.

Mun Çje İn Qonşusunu Yuxudan Oyatmayacağına Söz Verdi

Koreya Xalq Demorkatik Respublikasının (KXDR) başçısı Kim Çen In söz verib ki, Şimali Koreyanın səhər saatlarında keçirdiyi raket sınaqları ilə Cənubi Koreya prezidenti Mun Çje İni yuxudan oyatmayacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Koreya Respublikasının prezidentinin mətbuat katibi Yun Yen Çxan məlumat verib.

“Kim Çen In Muna deyib ki, onun Şimali Koreyanın səhər saatlarında keçirdiyi raket sınaqlarına görə yuxudan erkən ayıldığını eşidib və söz verib ki, daha onu yuxudan etməyəcək”, – o deyib.

Yunun sözlərinə görə, Kim Koreya yarımadasında qarşıdurmaya son qoymağa və arzuolunan yaxşı dünya qurmağa çağırıb.

“Gəlin tez-tez görüşək”, – Şimali Koreya lideri deyib.

Cənubi Koreya prezidentinin mətbuat katibi liderlərin görüş zamanı qarşılıqlı səfərlərlə bağlı istəklərini dilə gətirdiyini bildirib.


Korean leaders Kim Jong Un, Moon Jae-in meet for historic summit

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir