Sevinc Musayevadan Sevda Yəhyayevanın Geyiminə Atmaca

Müğənni Sevda Yəhyayevanın yeni klipinin səhnə arxası görüntüləri və fotosessiyası həmkarları və izləyiciləri arasında səs-küy doğurub.


Sevda Yəhyayeva Backstage Video

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, ifaçı Elton Hüseynəliyev Istagram sosial şəbəkəsində müğənni Sevinc Musayevanın 2014-cü ildəki fotosu ilə Sevda Yəhyayevanın yeni fotoşəkillərini kollaj edərək izləyicilərə “Təsadüf, yoxsa?..” sualını yazıb.

“Təsadüf, yoxsa?..” Sevinc Musayeva (2014-cü il) və Sevda Yəhyayeva (2017)
“Təsadüf, yoxsa?..” Sevinc Musayeva (2014-cü il) və Sevda Yəhyayeva (2017)

Sevinc Musayeva isə həmkarının paylaşımına biganə qalmayaraq S.Yəhyayeva və digər müğənniləri plagiatda və kiminsə hesabına məşhur olmaqda günahlandırıb:

“Bu və bunun kimi digərləri mənim etdiyim ilkləri hələ çox edəcəklər. Halal xoşları olsun. Amma hamı bilir, bu səhnəyə kim necə və kimin vasitəsilə gəlib məşhur olur. Ona görə mən həmişə Allaha şükür edirəm ki, yolumu açır və məşhur olduqca adımın qarşısında heç kimin (sponsorluq edən “kişiciklərin”) adı hallanmır.

11 ildir səhnədəyəm və bu illər ərzində hamı məni Sevinc Musayeva kimi tanıyır. Amma başqa məşhur simaların adları ya restoran müdiri, ya telekanal rəhbəri, ya hacı, ya da şirkət direktoru və digərləri ilə qoşa çəkilir.

Alnım açıq, üzüm ağdır. Məşhur olduğuma görə heç kimin yanında minnətli deyiləm. Bu klipdəki libasımı isə modelyer Şəlalə Maqsudova hazırlayıb”.


Sevinç Musayeva – Qızılgülüm

Sevda Yəhyayeva həmçinin yeni fotosessiyasının kadrarxası məqamlarını da sosial şəbəkədə paylaşıb. Sosial şəbəkə istifadəçiləri isə S.Yahyayevanın sarı rəngli libasının Cennifer Lopesin “Ni Tu Ni Yo” klipindəki obrazı ilə eyni olduğunu yazıblar.

Sevda Yəhyayeva sarı geyimdə
Sevda Yəhyayeva sarı geyimdə
J.Lo sarı geyimdə
J.Lo sarı geyimdə

Bundan başqa Sevda Yəhyayevanın yeni mahnısının musiqisi də plaqiata bənzəyir. Həmin mahnı Türkiyənin tanınmış müğənnisi Emre Altuğun “Hansımız Tərtəmiz” mahnısının notlarına oxşayır. Özünüz dinləyin: Təsadüf, yoxsa?!..


Emre Altuğ feat. Pit10 – Hangimiz Tertemiz (Official Video)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir