“Müstəqil Araşdırma Qurumunun hesabatında real faktlar yoxdur, sadəcə ittihamlar irəli sürülür”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qurumunun korrupsiyayla bağlı hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.

O bildirib ki, AŞPA neçə ildir, Azərbaycanın səsini eşitmir: “Biz Azərbaycan torpaqlarının işğalından danışırıq. Ancaq eşitmirsiniz, öz eşitmək istədiyinizi eşidirsiniz”.

Daha sonra çıxış edən başqa azərbaycanlı deputat Ülviyyə Ağayeva bildirib ki, bu gün baş verənlər hesabatın yayılmasında əsas məqsədin problemi tapmaq və həll etmək deyil, üzv dövləti qaralamaq olduğunu aydın göstərir.

Deputat Asim Mollazadə isə çıxışında deyib ki, AŞPA-da korrupsiya çox təhlükəli haldır və bu, təkcə AŞPA-nı deyil, başqa Avropa qurumlarını zədələyir: “Eyni zamanda maraqlıdır ki, bizə təqdim edilən sənəddə ancaq bir ölkədən danışılır. Elə Azərbaycanın seçilməsi təhlükəli siqnaldır”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat içində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və başqalarının adı çəkilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın