Türkiyənin məşhur aktrisası Beren Saat Səudiyyə Ərəbistanının “ən yaxşı aktrisası” adına layiq görülüb. 16-cı dəfə keçirilən “Murex D’or” mükafatlandırma mərasimində ilin ən yaxşılarının adları açıqlanıb.

“İlin ən yaxşı aktyoru” isə Murat Yıldırım seçilib. Mükafatlandırma mərasimini ölkənin birinci kanalı canlı yayımlayıb.

Son illər türk sənət adamları ərəb dünyasını fəth etməyə başlayıb. Türk teleserialları Səudiyyə Ərəbistanında da yayımlanır. Aktyorların populyarlığı bu ölkədə artır.

Tanınmış aktrisa Beren Saat ötən ilin dekabr ayından etibarən “Möhtəşəm Yüzil Köşəm” (Muhteşem Yüzyıl Kösem) serialında çəkilməyə başlayıb. O, serialda baş rolu – Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Tsilimpiunu əvəz edib. O, dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub.


Muhteşem Yüzyıl Kösem 7. Bölüm – Fragman 2 (Beren Saat)

Beren Saat türkiyəli məşhur pop ifaçısı Kənan Doğulunun həyat yoldaşıdır. Cütlüyün toy mərasimi 2014-cü ilin iyulunda ABŞ-da baş tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın