“Rusiya Ukraynada heç bir müharibə aparmır”. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Sputnik Azərbaycana qaynaqlanaraq xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Panorama” dərgisinə müsahibəsində bildirib.

“Hər şeydən öncə indi baş verənlərə diqqət yetirmək istəyirəm. Rusiya Ukrayna ilə heç bir müharibə aparmır. Öz xalqına qarşı müharibəni 2014-cü ilin fevralında hakimiyyətə gələn, fərqli düşüncəni qəbul etməyən və güc yolu ilə öz nizamlarını tətbiq etməyə çalışan millətçilər aparır. Müharibə Kiyev və Ukrayna regionları arasında gedir”, — deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov deyib ki, Ukraynada ölkədaxili böhran xaricdən bütün dünyanı öz təsir dairəsi sayan və xalqları “özününkülər” və “yadlar”a bölən, “başda ABŞ olmaqla, bir qrup Qərb dövlətləri” tərəfindən yaradılıb.

“Başda ABŞ olmaqla, Qərb ölkələri tərəfindən yaradılan böhran nəticəsində Ukrayna faktiki olaraq müstəqilliyini və milli iqtisadiyyatını itirib. Uzun illər Kiyevi “ya bizim, ya da bizə qarşı”, Şərq və ya Qərblə əməkdaşlıq arasında yanlış seçim etməyə məcbur etdilər ki, bu da son nəticədə Ukrayna dövlətçiliyinin itirilməsi ilə nəticələndi”, — Lavrov vurğulayıb.

Onun sözlərinə görə, bugünə olan nəticə de-fakto müstəqilliyin itirilməsi, insanların əziyyət çəkməsi, ölkədə kənd təsərrüfatı sahəsinin iflasa uğramasıdır: “Ukraynanın Avropada ən sabit və iqtisadi cəhətdən güclü ölkələrdən biri olmaq şansı var idi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın