Bakılı Oğlan kimi tanıdığımız Milli Məclisin ən gənc deputatı Anar Məmmədxanovun ölümündən 5 il keçir..

Aprelin 23-də məşhur kapitan, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanov qəflətən ürək tutması nəticəsində dünyasını dəyişdi.

“Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov “Parni iz Baku” komandasının kapitanı kimi qalacağam”

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olmuşdu.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı Oğlanlar” (Парни из Баку) komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov ömrünün 41-ci ilində dünyasını dəyişib. Anarın bir oğlu və iki qızı qalıb.

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat idi. O, üç dəfə 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK (КВН) Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın