Şahmat üzrə Dünya Çempionatı: Karlsen-Karuana Qarşıdurması

Dünya şahmat tacı uğrunda mübarizə: Böyük Britaniyanın paytaxtı Londonda üçqat Dünya Çempionu norveçli Maqnus Karlsen (Magnus Carlsen) öz titulunu qorumaq üçün ABŞ təmsilçisi Fabiano Karuana (Fabiano Caruana) ilə 12 oyunluq qarşıdurmaya başlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Karlsen-Karuana qarşıdurmasında 6,5 xal toplayan şahmatçı Dünya Çempionu titulunu qazanacaq.

Artıq 12 partiyadan biri baş tutub. Rəmzi açılışı tanınmış amerikalı aktyor Vudi Harelson (Woody Harrelson⁩) edib. Ancaq o, ağ fiqurlarla oynayan Karuananın sözünə məhəl qoymayaraq vəzirin önündəki piyadanı irəli sürüb. Şahmatçının təkidindən sonra təşkilatçılar bunu bir səhv kimi qəbul edib və piyadanın geri qaytarılmasına razılıq verib.

Daha sonra Vudi Harelson Fabiano Karuananın şahın önündəki piyadanın e4 gedişi edilməsi xahişini yerinə yetirib. Harelson sonradan zarafat etdiyini bildirib.

Woody Harrelson⁩ plays “a joke” at World Chess Championship

Onlayn yayımlanan qarşılaşmanın aparıcıları Beynəlxalq Usta Sopiko Quramişvili (Sopiko Guramishvili) və Qrossmeyster Peter Svidler olub.

Beləliklə, ilk görüş start götürüb və yeddi saat davam edib. Partiya ilk görüşdə çətin duruma düşən Karuana üçün yaxşı sonuclanıb: oyun 115 gedişdə heç-heçə ilə başa çatıb.

Game 1 – 2018 FIDE World Chess Championship

Yada salaq ki, 3,5 həftə davam edəcək bu turnirin mükafat fondu FIDE-yə yeni prezident seçkisindən sonra artırılaraq 1 milyon avro edilib. Çempion 600 min, uduzan şahmatçı isə 400 min avro qazanacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir