Şahmat Millimizin Chess.com Onlayn Olimpiadadakı rəqibləri bilindi

FIDE Onlayn Şahmat Olimpiadası 2020-də Azərbaycan Milli Komandasının rəqibləri bilindi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı FIDE-nin Twitter səhifəsinə qaynaqlanaraq bildirir ki, ən yüksək divizionda yarışacaq millimizin əsas rəqibləri Ukrayna və Qazaxıstan olacaq.

Bundan başqa, Macarıstan, CAR, Slovakiya, İspaniya, Norveç, Fransa və Niderland komandaları millimizin rəqibləri arasındadır. 

Onlayn Şahmat Olimpiadası-2020 avqustun 19-da Chess.com saytında başlanacaq və avqustun 30-da görüşlər bitəcək. Komandalar doqquz turda güclərini sınayacaq.

Qeyd edək ki, yığmamızı Olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları ehtiyat oyunçulara daxil edilib.

Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir