Milyarder və “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanaşvilinin təyin etdiyi Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Marneuli sakinlərinə qarşı divan tutduqdan sonra istefa verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri “Vahid Milli Hərəkat” partiyasının yaradıcısı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili düşünür ki, Kvirikaşvili istefa qərarını iyunun 12-də İvanaşvili ilə görüşündə səsləndirib.

Baş nazir təkidlə milyarderin istefa təklifini geri çevirib, ancaq bir gün sonra durum tamamilə dəyişdi. Buna səbəb Marneuli sakini ilə bağlı baş verən olay oldu.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini Elçin Allahverdiyev adlı biri “Facebook” üzərindən canlı yayım edərək Teymur Abazov və “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz sözlər işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb.

Son vaxtlar Gürcüstan baş naziri tez-tez müxalifətin tənqidləri ilə üz-üzə qalıb.

Təkcə may ayında Kvirikaşvilinin istefası Tbilisidə keçirilən iki ayrı mitinqdə tələb olunub. Əvvəlcə Kvirikaşvilinin Tbilisidə polisin gecə klublarında həyata keçirdiyi əməliyyatlara etiraz olaraq baş tutan aksiyalardan getməsi tələb edildi.

İki həftə sonra isə 16 yaşlı Levan Dadunaşvili və David Saralidzenin qətlinin düzgün araşdırılmadığını iddia edən kütlə baş nazirin istefasını tələb etdi.

Saakaşvilinin fikrincə, bütün bunlar Kvirikaşvilinin siyasi imicinə təsir etdi, ancaq Marneulidəki olayların görüntüsü baş nazirin “arxa qapıdan getməsinə” səbəb oldu.

“Dünən İvanaşvili Kvirikaşvilinin istefasını tələb etdi, ancaq o, bundan imtina etdi. O, yaxşı bilirdi ki, bütün bunları İvanaşvili edib. Bundan sonra o, arxa qapıdan qaçdı”, – Saakaşvili “Rustavi 2” telekanalına bildirib.

Saakaşvili düşünür ki, İvanaşvilinin hakimiyyətinin sona çatmasına az qalıb:

“İndi səfərbərlik önəmlidir. Müxaliflər bir olmalıdır və biz Gürcüstana inkişafı qaytaracağıq. Ölkəni gürcü xalqına qaytarmaq gərəkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın