Xəbər verdiyimiz kimi, oyunlarına qələbə ilə başlayan Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess” turnirinin ardıcıl ikinci dəfə qalibi olub. Xatırladaq ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutmuşdu.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Azərbaycanın 32 yaşlı bilik ustası buna son turda ağ fiqurlarla bolqar Veselin Topalovla etdiyi heç-heçədən sonra nail olub. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq ardıcıl ikinci dəfə beynəlxalq turnirdə 1-ci yeri tutub.

Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb – 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub – 0:1.

Bu nəticələrdən sonra Şəhriyar Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 – 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 – 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb.

ShamkirChess2017 Vugar Gashimov Memorial | Final Standings

Name Rtg FED 1 2 3 4 5 6 7 8 9 10 Pts Vict Res SB Rank
1 Radosław Wojtaszek 2745 POL * 0 ½ ½ ½ ½ ½ 1 ½ ½ 4.5 1 1/2 20.50 VI
2 Veselin Topalov 2741 BUL 1 * ½ 0 1 ½ ½ ½ ½ ½ 5 2 1/2 21.75 IV
3 Wesley So 2822 USA ½ ½ * 1 ½ ½ ½ 0 ½ 1 5 2 1/2 22.00 III
4 Sergey Karjakin 2783 RUS ½ 1 0 * 1 ½ ½ ½ 0 ½ 4.5 2 19.75 V
5 Pavel Eljanov 2781 UKR ½ 0 ½ 0 * 1 1 0 ½ 0 3.5 2 14.50 IX
6 Teimour Radjabov 2710 AZE ½ ½ ½ ½ 0 * ½ ½ ½ ½ 4 0 18.75 VIII
7 Pentala Harikrishna 2758 IND ½ ½ ½ ½ 0 ½ * ½ ½ 0 3.5 0 16.50 X
8 Shakhriyar Mammadyarov 2772 AZE 0 ½ 1 ½ 1 ½ ½ * ½ 1 5.5 3 24.25 I
9 Michael Adams 2761 ENG ½ ½ ½ 1 ½ ½ ½ ½ * 0 4.5 1 1/2 20.00 VII
10 Vladimir Kramnik 2811 RUS ½ ½ 0 ½ 1 ½ 1 0 1 * 5 3 20.50 II

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın