Səudiyyə-İran Müharibəsi: Harada Başlayacaq, Nə ilə Nəticələnəcək?

Səudiyyə Ərəbistanının İranı müharibə ilə hədələməsi bir neçə sual doğurur: Müharibə olacaqmı? Olacaqsa, hansı formada olacaq – klassik üslubda, yoxsa İran və Səudiyyə yenə İraq, Suriya, ya da Yəmən ərazisində döyüşəcəklər? Müharibənin birbaşa İran ərazisində aparılma ehtimalı varmı? Bu kimi suallar çoxdur, nə baş verəcəyini isə yalnız potensial müharibə tərəflərinin və region dövlətlərinin reaksiyaları əsasında təxmin etmək olar. Səudiyyə rəsmilərinin İranı müharibə ilə hədələməsinin ardınca hamının diqqəti Livana yönəldi. Səid Haririnin Səudiyyəyə getməsi, orada istefa qərarını açıqlaması, ardınca rəsmi Tehranı ona qarşı sui-qəsd hazırlamaqda ittiham etməsi, buna Hizbullah lideri Şeyx Nəsrullahın sərt cavabı Səudiyyə-İran müharibəsinin Livanda başlayacağı ehtimalını gücləndirdi.

Bu ehtimal qəbul olunardı, əgər Səudiyyə rəsmiləri müharibənin İran təsir dairəsindəki ərazilərdə deyil, elə İranın özündə aparılacağını bəyan etməsəydi. Əslində Ər-Riyadın “bizə Livan lazım deyil, İrana elə öz ərazisində zərbə endirərik” fikirləri yeni deyil. Rəsmilər gələcək kral Məhəmməd bin Salmanın bir neçə ay əvvəl parlamentdə çıxışı zamanı dediyi sözləri təkrarlayırlar. O zaman bu fikirlər vəliəhdin özünütəsdiq üsulu kimi dəyərləndirilsə də, indi durumda kiçik bir fərq var.

Buna oxşar bəyanatla İsrail rəsmiləri də çıxış edirlər. Aviqdor Libermanın İranı İsrail sərhədlərindən 50 kilometr məsafədə hərbi baza yaratmaqda ittiham etməsinin ardınca söylədiyi sözlər ciddiyə alınmalıdır – İranın hərbi bazalarını məhv edə bilərik. İranla dünya durduqca ulduzu barışmayacaq İsrail Səudiyyə-İran müharibəsinin başlamasında son dərəcə maraqlı görünür. Tel-Əvivdə hesab edirlər ki, bıçaq sümüyə dirənib, Suriyanı de-fakto öz ərazisinə qatmış İran artıq İsraillə sərhəd qonşusu olub. Bu səbəbdən İsrail üçün İran təhlükəsini aradan götürməyin müharibədən başqa alternativi qalmayıb.

Bəs başlanacaq müharibənin nəticəsi, regiona təsiri necə olacaq? Müharibə başlayacaqsa, hər kəs üçün başlayacaq, onun region dövlətləri üçün necə başa çatacağı isə məlum deyil. Yaxın Şərq üzrə mütəxəssis Qvido Staynberq belə düşünür. Staynberq bir məsələdə də haqlıdır – regionda indiki durum ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra yaranmış durumdan qat-qat təhlükəlidir.

Səudiyyə-İran müharibəsi: Harada başlayacaq, nə ilə nəticələnəcək?

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir