Səudiyyə Ərəbistanı İŞİD-i quru əməliyyatları ilə hədələdi

Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatına başlamaq üçün min nəfər hərbiçi göndərmək fikrindədir.

Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanı Türkiyə ilə birgə keçirə bilər. Nəşr qeyd edir ki, rəsmi Ər-Riyad və Ankara Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmirlər və Suriyada böhranın siyasi yolla nizama salına biləcəyinə inanmırlar. Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter də Səudiyyə Ərəbistanının Suriyada yerüstü əməliyyata başlamaq təşəbbüsünü müzakirə etməyə hazır olduğunu bildirib.

Eşton Karter - ABŞ-ın müdafiə naziri
Eşton Karter – ABŞ-ın müdafiə naziri

Bir neçə gün öncə Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koaslisiyaya quru qoşunları ilə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu barədə Səudiyyə Ərəbistanının müdafiə naziri briqada generalı Əhməd Asiri “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamada bildirib. Nazir İŞİD-ə qarşı hava əməliyyatları aparan beynəlxalq koalisiyanın Suriyada başladacağı quru əməliyyatına qoşulmağa hazır olduqlarını deyib. Yəməndə husilərə qarşı aparılan hərbi əməliyyatlardan da danışan general Asiri, koalisiya qüvvələrinin paytaxt Səna hüdudlarına qədər irəlilədiyini qeyd edib.

Səudiyyə Ərəbistanı İŞID terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya quru qoşunları ilə dəstək verməyə hazırdır

Artıq bir neçə ildir Yaxın Şərq ölkələrində, əsasən İraq və Suriyada bəşəriyyətə qarşı ağlasığmaz cinayətlər işləyərək dünyada islamafobiyanın yayılmasına səbəb olan İŞİD terror qruplaşması 1 ildən artıq müddətdir ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın apardığı əməliyyatlar nəticəsində öz gücünü itirməyə başlayıb. Qruplaşmanın ABŞ, İsrail, Türkiyə və s. ölkələr tərəfindən dəstəklənməsi barədə fikirlər irəli sürülsə də bu iddialar hələlik təsdiqini tapmayıb. Bu ölkələrin sırasında Səudiyyə Ərəbistanının da adı hallanıb. Ötən il sentyabrın sonundan etibarən isə bu qruplaşma ilə mübarizə apardığını iddia edən Rusiya hərbi aviasiyası da Suriyada hərbi hava əməliyyatlarına başlayıb.


Xəritədə: Suriya

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir