Şəhriyar Məmmədyarov FIDE Reyitinqi ilə Dünyanın 2-ci Ən Güclü Şahmatçısıdır

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FIDE-nin reytinq sıralamasında 2-ci yerə yüksəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov daha 1 pillə yüksəlməklə tarixi uğura imza atıb.

33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq ikinci pilləyə yüksəlib. İndi o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalır.

Onu da vurğulayaq ki, o, bu uğuru ilə Azərbaycanın şahmat tarixinə düşüb. Belə ki, bu günə qədər Azərbaycan şahmatçılarından heç biri və Dünyada heç bir müsəlman şahmatçı belə yüksək nəticə göstərməyib.

Azərbaycanın başqa təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.

Meet Shakhriyar Mamedyarov – Tata Steel Chess Tournament Master

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir