Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışov tanınmış müğənni Sevda Yahyayevanın “Milli Mətbəximiz” adlı mahnısına çəkilmiş klipində çəkilib.

Klipin tanıtımını keçirən Sevda duyğularını qonaqlarla bölüşüb:

“Bu mahnı özbək musiqisidir. Sözlərini Leyli Erol yenidən yazıb. Dünya ulduzları belə layihələr edir, idmançılarla bir araya gəlirlər. Bizdə hələ belə şey olmamışdı, onu da mən elədim. Mahnının aranjmanı Cavid Cavadoğlunundur. Rejissor Anar Hüseynovun çəkdiyi klipi hər kəsin sevəcəyinə inanıram. Bu klipdə istəyimiz Azərbaycan mətbəxini tanıtmaqdır. Ruslanla işləmək çox asan və sevindiricidir. Biz onunla neçə illərdir ki,  yoldaşıq”.


Sevda Yahyayeva – Milli Mətbəximiz

Yığmanın və Inter klubunun futbolçusu R.Abışov isə S.Yahyayevadan başqa heç bir müğənni ilə tərəf-müqabili olmayacağını bildirib.

Xatırladaq ki, R.Abışov 5 il öncə S.Yahyayevanın “Gecdir daha” mahnısının klipində də yer almışdı.


Sevda Yahyayeva – Gecdir daha

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın