Xalq artisti Filip Kirkorov Rusiya Federasiyasında yaşayan azərbaycanlı müğənni Emin Ağalarovun “Jara” festivalına qoşulub. Səhnəyə çıxan F.Kirkorov tamaşaçılarla Azərbaycan dilində salamlaşıb: “Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan”.

O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb: “Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.

Qeyd edək ki, müğənni bir müddət öncə açıqlamasında Bakıya çox gəlmək istədiyi, amma bir sıra çətinliklər yaşadığını bildirmişdi. O, demişdi ki, Azərbaycanda konsert vermək istəyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın