Rusiyanın baş naziri Dmitri Medvedev: 3-cü Dünya Müharibəsi Ola Bilər

“ABŞ, Rusiya və Türkiyə dünya savaşının qarşısını almalıdır”. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O, Suriyada başlaya biləcək quru əməliyyatlarının dünya müharibəsinə dəvətnamə olduğunu bildirib.

Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan 52-ci Təhlükəsizlik Konfransından öncə açıqlama verən baş nazir Səudiyyə Ərəbistanının Suriyada əməliyyatlar keçirməsi planları haqqında danışıb. “Handelsblatt” qəzetinə açıqlama verən nazir deyib ki, əgər bu ölkə Suriyaya qurudan girsə, avtomatik olaraq bölgədəki digər ölkələr də bu əməliyyatlarda iştirak edəcəklər.

“Amerikalı və ərəb müttəfiqlərimiz yaxşı düşünməlidirlər. Uzun müddətli bir savaş istəyirlərmi? Belə bir savaşı sürətli şəkildə qazana biləcəklərini düşünürlər? Belə bir hal xüsusilə ərəb dünyasında imkansızdır. Orada hamı bir birinə qarşı savaşır. Suriyada yaranacaq müharibə heç kimin faydasına olmayacaq. Buna görə də ABŞ və Rusiya, hətta Türkiyənin də tədbiq etdiyi sərt addımlarla tərəflər danışıq masasına oturmalıdırlar. Düşünürəm ki, heç kim üçüncü dünya müharibəsini istəmir”.

Medvedev deyib ki, Suriyada yalnız başına hərəkət edəcək bir güc yoxdur. Orada bir tərəfdə Əsəd və əsgərləri, digər tərəfdə hökumətə qarşı savaşan hər hansı qüvvə var. Rusiyalı rəsmi hər şey çox qarışıq olduğunu deyib. “Bu, illər, hətta on illərlə davam edə bilər. Yeni bir dünya savaşına səbəbiyyət verməkdənsə, bütün tərəflərin müzakirə masasında yer almaları məcburi olmalıdır”.

Qeyd edək ki, Suriyada İŞİD terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatı aparmaq üçün Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Bəhreyn, BƏƏ və Qətər hərbiçiləri göndəriləcək. İslam ölkələrinin hökumətlərarası hərbi ittifaqı bu məqsədlə 150 min hərbiçini səfərbər edir.

Dmitri Medvedev Avropanın mühacir probleminə də toxunub. O deyib ki, Avropanın miqrant siyasəti tamamilə uğursuzdur. “Hər şey dəhşətlidir”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir