“Bu atışmalar vasitəsilə Paşinyan ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındıraraq xarici düşmən olaraq təqdim etdikləri Azərbaycana yönəltmək istəyirdi”.

Bunu “Report”un Rusiya bürosuna Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskin gərginləşməsi ilə bağlı durumu şərh edən rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko bildirib:

“Bu fənd məlumdur və dəfələrlə işə salınıb. Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır. Ona qarşı hakimiyyəti qəsb etməkdə, ölkənin idarəçiliyindəki səriştəsizlikdə, koronavirusla mübarizəni yarıtmaz aparmaqda ittihamlar səsləndirilir. Belə bir durumda Paşinyana ictimaiyyətin diqqətini öz problemlərindən yayındırıb xarici düşmənə yönəltmək lazımdır və fikrimcə, baş verənlərin başlıca səbəbi elə budur”.

“Sənin torpaqlarını atəşə tuturlarsa, cavab verməlisən. Ona görə də Azərbaycan Silahlı Qüvvələri cavab zərbə endirdilər. Bunun məhz cavab olduğunu vurğulamaq istərdim. Bununla belə münaqişəni diplomatik yollarla həll etmək üçün addımlar atmaq gərəkdir. Rusiya olaraq biz də bu sərhəd toqquşmasının böyük müharibəyə çevrilməyəcəyinə ümid edirik”, – ekspert fikirlərini diqqətə çatdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın