Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Sankt-Peterburq görüşündən sonra yayılan bəzi məlumatlara aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsi ilə bağlı narahatlıq əsassız söz-söhbətlərdir.

Zaxarovanın sözlərinə görə, belə üçtərəfli formatdan həssas məsələlərin müzakirəsi üçün əvvəllər də istifadə olunub:

Hər şey Minsk qrupunun digər iki həmsədri ilə sıx təmasda baş verir. Prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə öncədən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir formalaşan potensialı qoruyub saxlasın. Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni format fikirləşmir.

XİN nümayəndəsi Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatının qəbul olunduğunu və həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqların əldə edildiyinin əksini tapdığını deyib.

Zaxarova deyib ki, görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir.

M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: “Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş, doğurdan da, yüksək səviyyədə keçib”.


Еженедельный брифинг Марии Захаровой (23 июня 2016)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın