Rusiyadan Azərbaycana Gətirilən Yeni Hərbi Texnika Sınaqdan Keçirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki  əməkdaşlıq anlaşmasına uyğun olaraq Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı çağdaş hərbi texnikanın sıradakı partiyası gətirilib.

Gəmilərlə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar Müdafiə Nazirliyinin ekspertlərinin iştirakı ilə təhvil alınaraq, uyğun hərbi bölmələrə veriləcək.


Rusiyadan ölkəmizə müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib

Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Güclərimizin bölmələrinin silahlanmasına salınması və döyüş tətbiqinə tam hazır duruma gətirilməsi təmin ediləcək.

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək. Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.

Rusiyadan Azərbaycana gətirilən yeni hərbi texnika
Rusiyadan Azərbaycana gətirilən yeni hərbi texnika

Rusiyadan gətirilən yeni hərbi texnika sınaqdan keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, silah və hərbi texnikanın yoxlanılması məqsədilə keçirilən atışlar uğurla başa çatıb.


Ölkəmizə gətirilən yeni hərbi texnika silahlanmaya daxil edilib

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir