Rusiya Federasiyası istehsalı olan çağdaş döyüş texnikası, silah, sursat və başqa hərbi avadanlıqların Azərbaycana gətirilməsi işləri sürdürülür. İki ölkə arasındakı döyüş-texniki əməkdaşlıqla bağlı anlaşmaya görə ən yeni döyüş vasitələrinin sıradakı bölümü ölkəmizə çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və başqa döyüş-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı gücünün və geniş ərazidə obyektlərinin dəqiq vuruşla yox edilməsi üçün nəzərdə tutulub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə qaynaqlanaraq bildirir ki, eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını böyük ölçüdə gücləndirəcək.


Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib – 10.07.2017

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın