Rusiya prezidenti Vladimir Putin: Ərdoğan ABŞ-a güzəştə getməyəcək

Vladimir Putin düşünür ki, Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin almasını, yalnız bu ölkə özü həll etməlidir və Ankaraya qıraqdan təzyiq etmək haqsızlıqdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan milli maraqlarını qoruyacaq, təzyiqlərə tabe olmayacaq və güzəştə getməyəcək.

“Müxtəlif təzyiq alətləri daha çox ölkələri əhatə edir. İndi bizdən S-400 sistemlərinin tədarük edilməsi ilə bağlı. Çox qəribədir. Türkiyə NATO ölkəsidir, lakin o, ən çağdaş hərbi sistemləri NATO ölkəsi olmayan dövlətdən almağa qərara gəlib. Nə olsun ki? Bu cinayətdir?”, – Putin sual ünvanlayıb.

Rusiya prezidenti həmçinin bildirib ki, Ərdoğanın xasiyyətinə bələddir və çətin ki, ona kimsə təzyiq edə bilsin:

“Əksinə, hesab edirəm ki, Türkiyə prezidenti istəsə belə güzəştə getməyəcək, çünki o, ilk növbədə milli maraqları qoruyur”.

ABŞ Ankaraya “S-400”ün alternativini təklif edib

ABŞ Türkiyəyə Rusiyadan almağa çalışdığı “S-400” zenit-raket komplekslərinin alternativini təklif edib.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib: “Əlbəttə ki, Türkiyənin tutduğu bu siyasi kurs düzgün deyil. Onlar “S-400” alsalar bizimlə onların arasında, Türkiyə ilə NATO-nun arasında çoxlu problemlər ortaya çıxacaq.

Biz onlara diplomatik təzyiqlər göstəririk, həmçinin həmin silahlara alternativlər təklif edirik”,- deyə Pompeo ABŞ Senatındakı dinləmələrdə etdiyi çıxışda diqqətə çatdırıb.

Pompeo Ankranın atacağı addımların NATO hədəflərinə uyğun olacağına ümidvar olduğunu ifadə edib.

Yada salaq ki, ötən ilin dekabr ayında Ankarada “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında kredit müqaviləsi bağlanıb.

Türkiyə müdafiə sənayesi katibliyinin bəyanatına görə, Ankara bu kompleksin türkiyəli şəxsi heyətin sərəncamında olacaq iki batareyasını alacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir