Rusiya millisinin futbolçusu Aleksandr Səmədov Zəhra ilə bağlı paylaşma etdi?

Futbol üzrə Rusiya milli komandasının və Spartak komandasının azərbaycanlı futbolçusu Aleksandr Səmədov öz Instagram səhifəsində ermənilərin Dağlıq Qarabağda öldürdüyü 2 yaşlı Zəhra ilə bağlı paylaşma edib. Bir neçə informasiya saytının yazdığına görə fotoda Azərbaycan bayrağı, uşaq oyuncağı və #JusticeforZahra, #PrayforZahra həştəqləri olunub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, belə informasiyanı Azərbaycanın bir neçə xəbərlər saytı yayımlayıb:

  • Aleksandr Səmədovdan Zəhra ilə bağlı – PAYLAŞIM

http://oxu.az/sport/201949

  • Aleksandr Səmədov da Zəhraya laqeyd qalmadı – FOTO

http://rekord.az/news/p:54732

  • Aleksandr Səmədovdan Zəhra paylaşımı – FOTO

http://gecce.az/gundem/33159-aleksandr-semedovdan-zehra-paylashimi-foto.html

http://bakipost.az/azerbaycanli-futbolcudan-zehra-ile-bali-paylasim/#.WV_5FYTyiM8

  • Aleksandr Səmədovdan Zəhra paylaşımı – FOTO

http://news.milli.az/society/561162.html

  • Aleksandr Səmədovdan Zəhra ilə bağlı PAYLAŞIM + FOTO

http://www.enter.news/az/news/sport/63535/aleksandr-semedovdan-zehra-ile-bagli-paylashim-foto#.WV_5HoTyiM8

  • Azərbaycanlı futbolçudan Zəhra ilə bağlı PAYLAŞIM

http://azpolitika.info/?p=336979

Xəbərin nə dərəcədə doğru, ya da yalan olması ilə bağlı heç nə deyə bilməsək də, Aleksandr Səmədovun aktiv olduğu sosial şəbəkələrdə belə paylaşma yoxdur: https://www.instagram.com/19samedov84/, https://vk.com/19samedov84

Bu isə o deməkdir ki, ya Aleksandr Səmədov həmin paylaşmanı silib, ya da heç belə bir paylaşma etməyib.

Yada salaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan döyüş bölmələri yenə də terrora əl ataraq beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən dağıtmaq istəyilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il doğumlu Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il doğumlu Quliyeva Zəhra Elnur qızı şəhid olub, başqa mülki şəxs – 1965-ci il doğumlu Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə böyük ölçüdə zərər vurulub.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir