Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatı 2018-də (DÇ-2018) ikinci yarımfinalın cütlüyünə aydınlıq gəlib: İngiltərə-Xorvatiya.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, İngiltərə millisi 28 il sonra mundialın yarımfinalına vəsiqə qazanıb. İngilislər buna Hollandiya və İtaliya millilərini DÇ-yə buraxmayan, Almaniya yığmasını qrupda saxlayan İsveçlə oyunda nail olublar.

Skandinaviyalıların qapısından qolları Hari Maquayr və Dele Ali keçirib. Hər iki futbolçu Robin Olsenin qapısına qolu başla vurub.

Sweden v England – 2018 FIFA World Cup Russia™ – Match 60

1/4 finalın son oyununda meydan sahibi Rusiya ilə Xorvatiya qarşılaşıb. Görüşün əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Lakin komandalar artırılmış otuz dəqiqə boyunca hərəyə daha bir qol vurub. Beləliklə, 120 dəqiqə 2-2 hesabı ilə bitdiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına keçib. Burda xorvatlar dəqiq olub: 4-3.

Bununla da meydan sahibləri turnirlə 1/4 finalda sağollaşıb. Xorvatiya isə iyirmi il sonra yarımfinala vəsiqə qazanıb.

Russia v Croatia – 2018 FIFA World Cup Russia™ – Match 59

Yada salaq ki, Xorvatiyanın yarımfinaldakı rəqibi İngiltərə millisi olacaq. Bir gün öncə isə ilk yarımfinalçıların adlarına aydın gəlib: Fransa-Belçika.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın