Türkiyənin Radio-Televiziya Üst Qurumu (RTÜK) pop-ulduz Gülşənin Hollywoodda 150 min ABŞ dolları xərclə çəkilmiş “Dan Dan” klipinə cəza kəsib. Açıq-saçıq klipi ilə özünü diqqət mərkəzinə gətirən gözəl müğənnini bu cəsurluğuna görə peşman etdilər.

Posta qəzeti xəbər verir ki, RTÜK-ün bununla bağlı qərarında Gülşənin “Dan Dan” klipindəki obrazı “Telefonla yoldaşlıq xidməti göstərən qadın”a bənzədilib və fahişələri reklam etməkdə suçlandırılıb.

Klipdə Gülşənin üstüaçıq qırmızı bir maşınla böyük şosse yolunda gözləyən gənç bir oğlanı da maşına aldığı anlatılaraq, daha sonra ikilinin bir otelə getdiyi bilirtildi.

Mahnının nəqarətində “Öldürərəm özümü dan-dan-dan” şəklindəki sözlərin isə, istədiyini əldə edə bilməyincə silahla özünü vurma mesajı verdiyi, bu sözlərin də uşaq və gənçləri pis etkiləyəcəyi söylənildi.

Gülşənin “Dan Dan” mahnısının sözləri

Soyudu havalar, burada günəş açmayır,
Telefonu da heç açmayır.
Gözləsin deyir ne acələsi var,
Bir yerə kaçmayır, gözümdən də kaçmayır.

Ya məni gəlib alarsan buradan,
Ya da bir səs duyarsan oradan.
Öldürərəm özümü
Dan dan dan dan dan dan.

Blef yox vallah-billah,
Mənə sən lazım illah.
Gözəlliklə ya da zorla, zorla, zorla.

Blef yox vallah-billah,
Mənə sən lazım illah.
Duyğular anlarsan ya gırla, gırla, gırla.

TRTÜK klipi “Uşaq və gənçlərin fiziki, zehni və ya əxlaqi inkişafına zərər verəbiləcək tərzdə” düşünərək səs çoxluğuyla cəza verdi.

Qurum bu klipi yayımlayan Kral Pop, NR1, PowerTürkDream Türk kanallarına xəbərdarlıq cəzası kəsilib.

Gülşən isə RTÜK-ün açıqlamalarına çox qızmış və cavab açıqlaması vermişdir. Bənzətmələrin çirkin və təhqirlə dolu olduğunu söyləyən Gülşen “qadınlıq qüruruma ağır bir zərbə vurulmuşdur” dedi.

Norveçli model Helgenin də rol aldığı bu video cazibədar müğənninin son albomuna çəkdirdiyi 2-ci klipdir.


Gülşen – Dan Dan

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın