Bu yaxınlarda əməkdar artist adını alan müğənni Röya Ayxanın maraqlı videosu yayılıb.

Yayımlanan video birmənalı qarşılanmayıb. Belə ki, toy məclislərindən birində Röya Ayxan “Düşürsən tez-tez yada” mahnısını ifa edir. Ona yaxınlaşıb, “selfie” çəkdirən oğlanı görən müğənni arxasını çevirib, oxumağa davam edir. Şəkil çəkdirmək istəyən oğlanın həvəsi qursağında qalır. Belə bir xəbəri BiG.AZ yayımlayıb.

Təqdim olunan videodan olanları özünüz izləyin:


Röyadan toyda mədəniyyətsizlik

Röyanın arxa çevirdiyi oğlan danışdı: “Röyanın arxasını mənə çevirməsi…”/ VİDEO

Sonradan Röya Ayxan yayımlanan video ilə bağlı açıqlama verib. Yenə də BiG.AZ xəbər verir ki, müğənni əslində heç bir biədəb hərəkət etmədiyini və dostu ilə zarafatlaşdığını bildirib:

“Baxın, bu da oğlanın özü. Bizim münasibət və ortada olan sevgi gözəldir. Sadəcə, qıraqdan kim çəkibsə, o bunu öz adına layiq təqdim etdi. Vladik, sənə görə az qala məhkəmə olacaq”.

Deyilənə görə, Vladik özü də BiG.AZ vasitəsilə məsələyə aydınlıq gətirib: “Bu da bizim “selfiemiz”. Artıq-əksik danışmaq lazım deyil. Röyanın arxasını mənə çevirməsi hörmətsizlik deyil. Sadəcə zarafatlaşdıq. İnsanda ağıl var, düşüncə var… İndi Piterdəyəm, inşallah gəlib, bu məslə ilə maraqlanacağam”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın