Röya, Demet Akalın, Ozan Doğulu və Hadisə BOS-da konsert verəcək

Röya, Miri Yusif, Demet Akalın, Ozan Doğulu və Hadisə Bakı Olimpiya Stadionunda (BOS) bir səhnəni bölüşəcəklər. BOS-un təşkilatçılığı ilə dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçiriləcək.

BOS-un mətbuat xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, konsert proqramında yerli ulduzlardan əməkdar artist Röya və lə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, tanınmış DJ-lər CemreMahmut Orhan çıxış edəcəklər.

Tanınmış türk müğənni Hadisə 250 min avro cəzalandırıldı
Tanınmış türk müğənni Hadisə

Stadionun əsas meydançasında keçiriləcək konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salyutu və diskoteka ilə davam edəcək.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi yaratmaq üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya da oynanılacaq.

Satışına gələn həftədən başlayan biletlərin qiyməti 9 manatdan başlayacaq. Konsertə biletləri iticket.az saytı, şəhərin kassaları və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar.

Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı başqa bilgiləri Bakı Olimpiya Stadionunun saytından və sosial şəbəkələrdəki rəsmi səhifələrdən almaq olar.

Bakı Olimpiya Stadionunun saytı: http://bos.az/

Bakı Olimpiya Stadionunun rəsmi Facebook səhifəsi: http://facebook.com/bakuolympicstadium1

Xatırladaq ki, Bakı Olimpiya Stadionu bu ilin mart ayında Amerika Mühəndislik Şirkətləri Şurası (American Council of Engineering Companies – ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan olunmuşdur.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir