Roma papası Fransisk bu gün Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Vatican News”a istinadən bildirir ki, pontifik kədərlə çağdaş dünyada antisemitizmin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada yox ediləcək:

“Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun önəmliyini vurğulamaq istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.

Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı yada salıb:

“Azərbaycanda gözəl dinlərarası görüşləri yada salmaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı duydum. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, nizəni milə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın