Robert Prosineçki Azərbaycan Millisində Qalacağını Açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmağa qərar verib.

Bununla bağlı 48 yaşlı çalışdırıcının özü index.hr saytına müsahibəsində bildirib. Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana gələcəyini söyləyib. Xorvatiyalı baş məşqçi indiki işini davam etdirəcəyi düşüncəsində olduğunu vurğulayıb:

“AFFA ilə duruma aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Çox güman ki, Azərbaycanda qalacağam”.

Xorvatiyalı çalışdırıcı Sloveniya yığmasının baş məşqşçisi postuna çağırılmasına münasibət bildirib. O, yayılan xəbərlərin yalan olduğunu deyib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Ancaq indiki anadək heç kim mənimlə bağlantı qurmayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.

Prosineçki dünya çempionatının “pley-off” mərhələsinə yüksələn Xorvatiya millisində baş məşqçi dəyişikliyinə qarşı olduğunu söyləyib. Onun sözlərinə görə, Zlatko Daliç komandaya Ukrayna üzərində qələbə qazandıra bilibsə, yenə şans qazanmalıdır. Təcrübəli mütəxəssis həmvətənlərinin “pley-off”da Şimali İrlandiya ilə üz-üzə gələ biləcəyinə də münasibət bildirib. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış britaniyalıların Xorvatiya ilə qarşılaşmada heç bir şansının olmadığını söyləyib: “Düzdür, Şimali İrlandiya yaxşı komandadır, güclüdür, yüksək keyfiyyətli və oturmuş komandadır, onlara qarşı oynamaq çətindir. Ancaq Xorvatiya yoldaşlıq görüşündə bu yığmanı yenmişdi. Düşünürəm ki, biz güclüyük və “pley-off”da rəqib Şimali İrlandiyaya olsa, Rusiyanı görəcəyik”.

Yada salaq ki, 2014-cü ildən Azərbaycan millisinə başçılıq edən R.Prosineçkini AFFA ilə anlaşmasının müddəti dekabrda başa çatır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir