Rio-de Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında seks qalmaqallarının ardı-arası kəsilməyib. Bu dəfə xoşagəlməz olaylar Braziliya yığmasının düşərgəsində yaşanıb.

Sinxron suyatullanmada çıxış edən iki idmançı – İnqrid Oliveyra (Ingrid Oliveira) və Covanna Pedrosa (Giovanna Pedroso) arasında gərginlik yaşanıb.

20 yaşlı İnqrid onunla olimpiya şəhərciyində eyni otaqda qalan Pedrosadan xahiş edib ki, başqa otağa getsin. Oliveyranın bu addımı Braziliya yığmasının avarçəkəni Pedro Qonsalveşlə (Pedro Goncalves) sekslə məşğul olmaq üçün atıb.

Lakin 17 yaşlı Pedrosa onun xahişini yerə salıb. Nəticədə tərəflər arasında qalmaqal baş verib.

Amma İnqrid öz istəyinə çatıb.

Yerli KİV-in məlumatına görə, hadisə xanım dalğıclar arasında artıq son “partlayış” idi. Qadınların arasında daha öncədən anlaşılmazlıqların olduğu deyilir.

Mis Pedroso O Globo qəzetinə bildirib: “Olimpiyadan sonra mən fərdi [dalğıc] yarışlara çalışacağam. Bu yaxşı olacaq, çünki mən artıq heç kəsdən asılı olmayacağam”.

Ertəsi gün Mis Oliveira və Mis Pedroso yerli media tərəfindən “dəhşətli” kimi təsvir edilən performans ilə qadınlar arasında 10 metr sinxron suyatullanma yarışını sonuncu yerdə başa vurublar.

Sonuncu yeri tutduqları performansdan sonra Braziliya idmançısı Oliveyra qəzetə müsahibəsində bildirib: “Bu gündən sonra mən bilirəm nələr olacaq, ancaq onu bilirəm ki, mən artıq onunla (Covanna Pedrosanı nəzərdə tutaraq) suya tullanmayacağam.” Sonra əlavə edib: “Biz dalaşmışıq və bir-birimizlə danışmırıq. Bütün olanlar keçmişdə qaldı və mən daha onunla birlikdə yarışmayacağam.”

Braziliya yığmasının avarçəkəni Pedro Qonsalveş isə şəxsi həyatını heç kiminlə danışmayacağını bildirib.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 50

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso

İngrid-de Oliveira və Giovana Pedroso
Baş vermiş olaydan sonrakı gün İnqrid Oliveyra (Ingrid Oliveira) sağda və Covanna Pedrosa (Giovanna Pedroso) solda arxasını sevirmiş halda, Rio-2016 10 m. Qadınlar Arasında Sinxron Suyatullanma yarışının finalında

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın