Rio 2016 Yay Olimpiya oyunlarının başlamasına 100 gün qalmış gerisayım başladı. Olimpiya məşəli Yunanıstanda alovlandırılıb. Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos estafeti “Rio 2016” Təşkilat Komitəsinin rəhbəri Karlos Nuzmana ötürüb.

Rio 2016 Olimpiya məşəli özəl hermetik lampaya yerləşdirilərək gəzintiyə başlayıb. İsveçrədə Birləşmiş Millətlər Təşkilatı və Olimpiya Muzeyinə də aparılacaq məşəl ardından mayın 3-də Atlantik okeanı üzərindən Braziliyaya keçəcək.


Rio 2016 Olimpiya Oyunlarının Məşəli Alovlandırıldı

Təşkilatçıların sözlərinə görə, məşəl 12 min nəfərin müşayiəti ilə Braziliyanın bütün şəhərlərindən keçəcək və avqustun 5-də açılış mərasiminin keçiriləcəyi “Marakana” stadionuna gətiriləcək.

34 idman növündə 306 medalçını müəyyənləşdirəcək XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək. 70,000 könüllü daxil olmaqla, 100,000-dən çox insan Oyunların təşkilatında birbaşa iştirak edir. 205-ə yaxın ölkəndən 10,500-dən çox idmançı qlobal auditoriyanın qarşısında yarışmaq üçün Rio 2016 Olimpiya Oyunlarında iştirakı gözlənilir.

Azərbaycan da bu yarışda iştirak edəcək. Xatırladaq ki, son Yay Olimpiya Oyunlarında on medala layiq görülmüş milli komandamızın hazırlığı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın