Dünya şöhrətli barbadoslu müğənni Rihanna Cenifer Lopezə hədiyyə verib. İfaçı Cey Loya dikdaban ayaqqabı bağışlayıb. Sənətçi hədiyyəsini Instaqram səhifəsində paylaşıb.

ANS PRESS-in məlumatına görə, hədiyyə qutusunun içində Rihanna Cey Loya məktub da yazıb. “Bu, sənin ayağına mənimkindən daha yaxşı yaraşar”. Cenifer Lopez isə barbadoslu müğənniyə minnətdarlığını bildirib. “Rihanna, möhtəşəm ayaqqabı üçün çox sağ ol”.  C.Lopez hələlik yeni ayaqqabılarını geyinməyib.

Rihanna Cenifer Lopezə bahalı ayaqqabı hədiyyə etdi
Rihanna Cenifer Lopezə bahalı ayaqqabı hədiyyə etdi
Rihanna Cenifer Lopezə bahalı ayaqqabı hədiyyə etdi

Cenifer Lopez (Jeniffer Lopez) 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. İfaçı 4 dəfə evli olub. Hazırda Ceniferin yeni sevgilisi Kasper Smartdır.  O, Lopezdən 18 yaş kiçikdir. Onlar 2014-cü ildən görüşməyə başlayıblar.


Cenifer Lopez – Papi

Rihanna 2005-ci ildə ilk dəfə “Pon de Replay” adlı albomunu çıxarıb. Albom “Billboard Hot 100”-də 2-ci sıraya qədər yüksəlib və böyük uğurlar əldə edib. 2006-cı ildə isə “A Girl Like Me” adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı “SOS” mahnısı “Billboard Hot 100″də 1 nömrəyə qədər yüksəlib.


Rihanna – SOS

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın