Report: FED-in uçot dərəcəsini sabit saxlaması maliyyə bazarlarında duyulmayıb

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün keçirilmiş növbəti toplantısında uçot dərəcəsinin 1,75-2% səviyyəsində saxlanılmasına qərar verildi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report İnformasiya Agentliyinin analitik qrupunun yada saldığı kimi, ABŞ iqtisadiyyatının böyümə tendensiyası, işsizlik və istehsal bazasının müsbət göstəricilərinə görə FED-in bu ilin sonuna qədər faizləri 4 dəfə, yəni bundan sonra 2 dəfə də artıracağı proqnozlaşdırılır.

Ötəngünki qərarın təsiri isə maliyyə bazarlarında duyulmayıb. Belə ki, ABŞ-ın 10 il boyunca tədavülə buraxılmış xəzinə notları qərardan öncə olduğu kimi illik 2,9915%-lə, 2 illik istiqrazları isə illik 2,6776%-lə ticarət olunur. Qərarın səhm bazarı üzərində də ciddi təsiri izlənilmir.

İndi isə investorları daha çox FED-in sentyabrda keçiriləcək növbəti toplantısı maraqlandırır. Əksər investisiya fondlarında düşünürlər ki, həmin toplantıda faizlər 90% ehtimalla sabit qalmayacaq. Bu isə ABŞ iqtisadiyyatının həddindən artıq müsbət meyllər nümayiş etdirməsi hesabına inflyasiya qorxusunun artması ilə bağlıdır. Məsələn, bu ilin II rübündə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 4,1% artıb. Bu isə son 4 ilin ən yaxşı göstəricisidir və inflyasiya hədəfi 2% ətrafında olan FED üçün uçot dərəcəsini artırmağa əsas verir.

FED-in komissiya üzləri bu il toplam 2,8%, gələn il isə 2,4% iqtisadi artım gözləyirlər. Donald Tramp administrasiyası isə həyata keçirdiyi iqtisadi islahatlar, o cümlədən vergi yükünün azaldılması hesabına ÜDM-in artımının azı 3% olacağını proqnozlaşdırır.

ABŞ iqtisadiyyatının müsbət göstəriciləri indiki durumda İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) qiyməti kağızlarına olan marağın azalmasının əsas səbəblərindən biridir. Daha az riskli və daha çox gəlirli olan ABŞ qiymətli kağızları İEOÖ-lərin iqtisadiyyatına mənfi təsir edir. Lakin bunu həmin ölkələrin hamısına aid etmək olmaz.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir