“Açığı, emosiyalar 2009-cu ildəki kimi deyil. Çünki həmin vaxt ilk dəfə çempion olmuşduq və mərhum Vüqar Həşimov da bizimlə idi. İndiyədək o duyğularla yaşayıram. Bu dəfə isə başlanğıcımız elə oldu ki, İtaliyaya uduzduq, üçüncü turda İspaniya ilə heç-heçə etdik. Amma sonluq yaxşı alındı və 3 qat Avropa çempionu olduq”.

YALAN.info Online Xəbərlərvə İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədli Yunanıstanın Krit adasında 3 qat Avropa çempionu olduqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırarkən deyib. 29 yaşlı bilik ustası bildirib ki, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında istənilən səviyyədə çıxış edə bilmədikdən sonra bu çempionluq çox önəmlidir:

“Əlbəttə, sevinirik. Bu dəfə qızıl medal qazanmaqla yenidən göstərdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir”.

Məmmədli düşünür ki, Azərbaycan yığmasının çempionluq yolu Ermənistan üzərində VI turda qazandıqları qələbədən sonra açılıb: “Daha çox Ermənistan üzərində qələbəyə sevindik. Məhz o qələbədən sonra çempionluq yolumuz açıldı. Hamımız çalışdıq ki, üçüncü dəfə qitə çempionu olaq. VIII turda Rusiyanı demək olar ki, darmadağın etdik və o görüşün nəticəsi çempionluğa bərabər oldu. Həmin görüşə gün ərzində hazırlaşmaq və necə oynamaq çox önəmli idi”.

Yarışda ən çox qələbə qazanan şahmatçı kimi də qızıl medal qazanmış təcrübəli şahmatçı həm də ilk dəfə 2700 reytinq balı yığmağı bacarıb. Məmmədli öz oyununu belə dəyərləndirib: “İstəyirdim ki, 9 oyunun hamısında Azərbaycanı layiqincə təmsil edim. 3-4 görüşüm 6 saatadək davam etdi. Özəl turnirlərdə oynamaq bir az rahatdır. Lakin yığmada çıxış etdikdə sonadək oynamaq gərəkdir”.

Azərbaycan yığmasının üzvü qələbədə məşqçilərin də əməyini vurğulayıb: “Burada mənə kapitanımız Eltac Səfərli və 2013-cü ildə ikinci dəfə Avropa çempionluğu qazandığımız vaxt kapitanımız olmuş Aleksandr Xalifman yardım edirdi. Səfərli həm komandamızın ürəyi, həm beyni, həm də ilham qaynağı idi”.

Milli Komandalar arası Avropa Çemponatı 2017 – Son Turnir Cədvəli

Yer SN FED Team Oyun   +   =   –  TB1  TB2  TB3  TB4  TB5
1 2 AZE   Azərbaycan 9 6 2 1 14 230,0 25,0 174,0 136,25
2 1 RUS Rusiya 9 7 0 2 14 217,5 22,0 185,5 138,00
3 3 UKR Ukrayna 9 6 1 2 13 210,0 23,0 172,0 120,00
4 14 CRO Xorvatiya 9 6 1 2 13 170,0 18,5 177,0 123,00
5 7 HUN Macarıstan 9 5 2 2 12 233,0 22,5 184,0 116,50
6 5 ISR İsrail 9 5 2 2 12 172,0 20,0 173,5 114,50
7 20 ROU Rumıniya 9 5 2 2 12 166,5 20,5 175,5 110,50
8 9 GER Almaniya 9 4 3 2 11 208,5 21,0 171,0 102,00
9 10 NED Hollandiya 9 5 1 3 11 180,5 20,0 179,5 109,25
10 8 POL Polşa 9 4 3 2 11 180,0 20,5 173,5 102,50
11 18 TUR Türkiyə 9 5 1 3 11 170,0 19,5 168,5 101,00
12 6 ARM Ermənistan 9 3 4 2 10 179,0 19,0 186,0 99,00
13 15 ESP İspaniya 9 3 4 2 10 162,5 19,5 175,0 94,00
14 11 CZE Çexiya 9 4 2 3 10 152,0 19,0 174,5 89,00
15 22 ITA İtaliya 9 4 2 3 10 150,5 16,5 181,0 99,50
16 4 ENG İngiltərə 9 3 4 2 10 147,5 18,0 171,5 92,00
17 28 SVK Slovakiya 9 3 4 2 10 126,5 18,0 162,0 86,75
18 16 BLR Belarus 9 4 1 4 9 169,5 20,0 170,0 78,50
19 13 GEO Gürcüstan 9 4 1 4 9 160,5 19,0 165,5 77,25
20 12 FRA Fransa 9 4 1 4 9 154,0 18,5 174,0 82,25
21 21 SLO Sloveniya 9 4 1 4 9 149,0 19,5 165,0 74,75
22 17 SRB Serbiya 9 3 3 3 9 147,5 20,5 154,5 71,00
23 25 NOR Norveç 9 4 1 4 9 135,5 18,5 149,5 72,50
24 23 AUT Avstriya 9 4 1 4 9 102,0 15,5 173,0 76,00
25 19 GRE Yunanıstan 1 9 4 0 5 8 148,0 20,0 149,0 54,00
26 29 GRE Yunanıstan 2 9 2 4 3 8 128,0 17,0 156,5 63,75
27 27 ISL İslandiya 9 4 0 5 8 119,0 18,0 157,0 59,00
28 33 MKD Makedoniya 9 3 2 4 8 116,0 18,5 138,5 59,25
29 24 MDA Moldova 9 3 2 4 8 112,5 17,0 153,0 56,50
30 26 SUI İsveçrə 9 3 2 4 8 111,0 18,0 148,0 62,00
31 32 FIN Finlandiya 9 3 1 5 7 106,0 14,0 164,5 63,25
32 30 MNE Monteneqro 9 3 1 5 7 79,0 16,5 141,5 41,00
33 39 GRE Yunanıstan-Krit 9 2 3 4 7 76,5 13,5 147,5 50,50
34 31 DEN Danimarka 9 3 0 6 6 103,0 16,5 144,0 38,50
35 34 POR Portuqaliya 9 3 0 6 6 83,0 14,0 149,0 36,50
36 35 FAI Farer Adaları 9 2 2 5 6 80,5 14,5 143,0 39,25
37 36 BEL Belçika 9 2 1 6 5 83,5 15,0 135,5 31,25
38 40 SCO Sotlandiya 9 2 1 6 5 57,5 11,0 144,0 36,25
39 37 ALB Albaniya 9 2 0 7 4 60,0 12,0 140,5 21,50
40 38 KOS Kosovo* 9 1 0 8 2 56,0 10,5 133,0 15,00

Bu uğurdan sonra Azərbaycan yığması 3-qat Avropa Çempionu (2009 və 2013) oldu.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanlı qrossmeyster Rauf Məmmədli (2678) turnirin ən yaxşı oyunçusu olub. O, bütün turlarda oynayaraq sadəcə partiyanı 2 heçə-heçə edib. Qalan 7 oyunu qələbə ilə başa vuran Rauf mümkün 9 xaldan 8 xal toplamağı bacarıb. Bu isə 2920 reytinq performansına bərabər olub. Rauf Məmmədli 22,8 reytinq xalı qazanaraq ilk dəfə 2700 səddini aşıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın